Vaxt.Az

AZAL aviaşirkət alır


 

«AirBaltic» səhmləri uğrunda daha 3 nəhəng hava yolları şirkəti mübarizə aparır

AZAL aviaşirkət alır «Azərbaycan Hava Yolları» (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Latviyanın «airBaltic» milli aviaşirkətini almaq istəyir. Lent.az-ın Latviya mətbuatına istinadən verdiyi məlumata görə, «airBaltic» aviaşirkətinin potensial alıcıları arasında «Turkish Airlines», «Qatar Airways, «Hainan Airlines» aviaşirkətləri də var.Ancaq potensial alıcılar arasında AZAL-ın şansı yüksək dəyərləndirilir. «Pietiek.com» saytı yazıb ki, bu məsələ keçən ilin noyabrında Latviyanın baş naziri Valdis Dombrovskisin Bakıya səfəri zamanı da müzakirə olunub. Latviya hökumətindəki mənbələr hələlik AZAL-la danışıqların ideya mərhələsində olduğunu və aviaşirkətin satışı ilə bağlı məbləğin irəli sürülmədiyini bildirib.
Hazırda  «airBaltic» aviaşirkətinə strateji investor tapmaq vacibdir. Şirkət hər ay 3 milyon lat ziyanla işləyir. Avropa Komissiyası da «airBaltic» aviaşirkətinə dövlət tərəfindən yardım verilib-verilməməsini araşdırmağa başlayıb. Latviya hökuməti aviaşirkətdəki nəzarət paketini satmaqla eyni vaxtda bir neçə problemdən qurtarmaq niyyətindədir.
AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli isə Lent.az-a açıqlamasında bu barədə məlumatı olmadığını söyləyib.
 





07.01.2013    çap et  çap et