Vaxt.Az

«Coca-Cola»nın sirləri oğurlanıb


 

Şirkətin Atlantdakı mərkəzlərindən götürülən noutbuklarda nələr var?

«Coca-Cola»nın sirləri oğurlanıb «Coca-Cola» şirkətinin içində 74 min əməkdaşının və şirkətə aid gizli məlumatların olduğu noutbuk oğurlanıb. Virtualaz.org saytı bildirir ki, Türkiyənin haberler.com saytının verdiyi məlumata görə, ABŞ-ın nəhəng sərinləşdirici içki şirkəti olan «Coca-Cola» sirli bir oğurluq hadisəsi ilə sarsılıb. Muhtar Kentin rəhbərlik etdiyi şirkətin cümə günü əməkdaşlarına göndərdiyi məlumatda Atlantadakı mərkəzlərindən bir neçə noutbuk kompüterinin oğurlandığı bildirilib. Şirkət artıq oğurluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Şirkət bu kompüterlərdə işçilərinin adlarının, ünvanlarının və ictimai təhlükəsizlik nömrələrinin yanında maaş və digər məlumatlarının da olduğunu qeyd edib.
Noutbukarda şirkətə aid gizli dosyelərin olub-olmadığı maraq dairəsindədir. «Coca-Cola» şirkətinin sözçüsü Ann Mode kompüterlərin keçmiş bir işçi tərəfindən oğurlandığını söyləyib. Şirkət oğurlanan şəxsi məlumatların istifadə edildiyinə dair bir işarə olmadığını bildirib və yenə də ABŞ və Kanadadakı əməkdaşlarına təsir edən hadisə ilə əlaqədar üzr istəyib.
Xatırladaq ki, «Coca-Cola»da ən son 2006-cı ildə bir idarəçi assistent gizli sənədlər və yeni bir içki nümunəsini oğurlayaraq rəqibi «Pepsi» şirkətinə satmağa çalışmışdı. «Pepsi» şirkəti «Coca-Cola»ya bu təklif haqda xəbər verdikdən sonra bu üç adam Federal Təhqiqatlar Bürosu tərəfindən gizli bir əməliyyatla tutularaq həbs olunmuşdu.
 





26.01.2014    çap et  çap et