Cümə günü Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna üzv olan bir sıra ölkənin iqtisadi və siyasi vəzifəliləri Vaşinqtona toplanıb. Yonq Kim bu tədqiqatı «çarpıcı» adlandırıb.
Toplantıda qlobal iqtisadiyyatın inkişaf aspektləri, ticarət əlaqələrində ortaya çıxan narahatlıqlar və inkişafa mane ola biləcək problemlər haqqında müzakirələr aparılıb.
Kim dövlət başçılarını və maliyyə nazirlərini ticarət və enerji sahəsinə olduğu qədər insan kapitalına da sərmayə yatırmaqlarına inandıracağına ümid edir.
Dünya Bankının rəhbəri bildirib ki, o bankın dövlət başçılarını borc vermək və digər fəaliyyətlərlə məşğul ola bilsin deyə maliyyə institutları üçün pul artımına inandıracağına nikbin yanaşır.
Xatırladaq ki, Azərbaycanın maliyyə naziri Samir Şərifov da həmin toplantıda iştirak etmək üçün ABŞ-a yola düşüb.