Vaxt.Az

«Bakıda xüsusi atmosfer var»


 

«Formula-1»in baş memarı: «Orada ötmə ilə hər şey çox yaxşıdır»

«Bakıda xüsusi atmosfer var» «Formula-1» avtodromlarının bir çoxunun memarı olan Herman Tilke həm də Bakıdakı şəhər həlqəvi yolu layihəsinin müəllifidir. Onun fikrincə, «Azərbaycan Qran-Prisi»ndə xüsusi atmosfer var.

Virtuaıaz.org «Çempionat» portalına istinadən xəbər verir ki, Tilkenin sözlərinə görə, Bakıdakı həlqəvari yol küçə yürüşlərində ötmə əməliyyatının çətin olması barədə formalaşmış stereotipləri alt-üst eidr.

«Bəs Bakı? Orada ötmə ilə hər şey çox yaxşıdır. Bəli, bəzi şəhərlərdə daha çətindir. Yolu mövcud binaları nəzərə almaqla layihələndirirsən, lakin hər şey mümkündür. Düşünürəm ki, «Formula-1»ə indi mövcud olan stasionar və küçə yollarının növbələşməsi lazımdır. Küçə yürüşləri pilotlar üçün çətindir, amma tamaşaçılar yarışı izləmək üçün heç yerə getmək məcburiyyətində deyillər. Sinqapur, Monako və Bakı kimi mərhələlərdə xüsusi atmosfer var. Ümumilikdə isə, bu avtomobil idmanı üçün çıxış yolu deyil – küçə yürüşləri yalnız mərhələli seriyalar üçün keçərlidir», - Tilke bildirib.

Xatırladaq ki, Bakı artıq iki dəfə «Formula-1» yürüşlərinə ev sahibliyi edib. 2018-ci ildə «Azərbaycan Qran-Prisi» aprelin 29-da keçiriləcək.

 





15.10.2017    çap et  çap et