Leyla Yunus forumda deyib ki, Azərbaycanda və Mərkəzi Asiyada diktatura hökm sürür. Sonra o, Azərbaycan dövlət başçısını Suriya prezidenti Bəşər Əsədlə müqayisə edib və «demokratik cameəni Qafqazın Bəşər Əsədini dayandırmağa» çağırıb.
«Bu gün Suriyada nə baş verir? Orada müxtəlif qruplaşmalar, o cümlədən Qərb, Rusiya və İran tərəfindn dəstəklənən qruplaşmalar arasında qanlı mübarizə gedur. Bu qruplaşmalar xarici oyunçular tərəfindən maliyyələşdirilir. Azərbaycan rəhbərliyinə qarşı Bəşər Əsəd «nümunəsi» əsasında mübarizə aparmağa çağırmaq Qərbin bundan əvvəl Suriyada tətbiq etdiyi metodlardan istifadəyə çağırmaq deməkdir», - Z.Məmmədli deyir.
Azərbaycanlı fəal xatırladır ki, Suriyada «demokratik müxalifət» kameraların önündə insanların başını kəsir. Əsədə qarşı mübarizə üçün Suriyada «Əl-Nüsra Cəbhəsi», İŞİD kimi terrorçu qruplaşmalar yarandı. «Əgər Leyla Yunus Azərbaycanla Suriya arasında analogiya aparırsa və Qərbi Azərbaycana qarşı Suriya taktikasını istifadə etməyə çağırırsa bu, ölkəmizdə milli-dini barışıq mühitini dağıtmağa yönəlib. Bu adam istəyir ki, Azərbaycanda müharibə başlasın və qan tökülsün. Faktiki olaraq o, İŞİD-i Azərbaycana çağırır», - Zamiq Məmmədli əlavə edib.
Xatırladaq ki, bu günlərdə Leyla Yunusun həbsxanadan hakimiyyətə necə yalvardığı haqda məktubları dərc edilmişdi. Həmin məktublardan birində Leyla Yunus bildirirdi ki, hakimiyyət onu əclafa çevirmək istəyir. «Mən əclaf olmağa hazıram, amma azadlıqdakı əclaf», - o, azadlığa çıxmaq naminə hakimiyyətin hər sifarişini yerinə yetirməyə eyhamla yazırdı.