Vaxt.Az

Hərrac keçiriləcək


 

Satışa 20 milyon manatlıq istiqraz çıxarılır

Hərrac keçiriləcək Oktyabrın 17-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

«Trend»ə BFB-dən verilən məlumata görə, istiqrazların ümumi həcmi 20 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manatdır.

Məlumata görə, istiqrazların tədavül müddəti 182 gündür, ödəmə tarixi 2018-ci ilin aprelin 17-də bitir.

Qeyd edək ki, «PAŞA Kapital» QSC anderrayter vəzifəsində çıxış edir.

 





15.10.2017    çap et  çap et