Vaxt.Az

Qiymət 57 dolları keçdi


 

ABŞ-da neftin hasilatı azalır

Qiymət 57 dolları keçdi Birjalarda həftənin son seanslarında xam neft bahalaşıb. APA TV-nin məlumatına görə, «Brent» nefti son bahalaşma nəticəsində 57 dolları keçib.

Bu markadan olan neft 56,60 dollardan 57,51 dollara qədər yüksəlib. «Brent" nefti son seanslarda 57,18 dollardan təklif olunub. Qərbi «Texas» nefti də 51 dollardan baha satılmağa başlayıb. «WTİ» nefti hazırda 51,41 dollardan satılır.

Ötən həftə ABŞ-da neft hasil edən quyuların sayında azalma qeydə alınıb. Beş neft quyusu istehsaldan kənarda qalmaqla, bu ölkədə fəal quyu sayı 743-ə düşüb. Bununla son altı həftədə beşinci dəfə quyu sayında azalma qeydə alınır.

ABŞ-da xam neft istehsalı da ötən həftəyə nisbətən azalıb. Amerika Neft İnstitutunun açıqlamasına görə, istehsalda gündəlik ortalama 81 min barel azalma var. Quyu sayının və istehsalın azalması qiymətlərə müsbət təsir edir. Ümumilikdə isə neft bazarında bir neçə dollarlıq ciddi bahalaşma olması qeyri-mümkün görünür.

 





15.10.2017    çap et  çap et