Vaxt.Az

Kərkükdə ara qarışdı


 

İraq ordusu hücuma keçdi

Kərkükdə ara qarışdı Kərkükdə İraq hərbçiləri və «peşmərgə» kürd silahlı dəstələri arasında toqquşma baş verib. APA-nın «RT»-yə istinadən verdiyi xəbərə görə, bu barədə İraq Kürdüstanının Təhlükəsizlik Şurası məlumat yayıb.

Məlumata əsasən, qarşıdurma Kərkuk vilayətinin sənaye zonasında qeydə alınıb. Həmçinin vilayətin cənub bölgəsində tərəflər arasında artilleriya atışması baş verib. İtki barədə məlumat verilmir. Bundan əvvəl İraq ordusunun peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olması barədə məlumat yayılıb.

Xatırladaq ki, sentyabrın 25-də kürd muxtariyyətində müstəqillik referendumu keçirilib. Seçicilərin 92 faizindən çoxu kürd muxtariyyətinin İraqdan ayrılmasını dəstəkləyib. Rəsmi Bağdad referendumu qeyri-legitim elan edib. Kərkük və kürd muxtariyyətinə bitişik bir sıra digər bölgələrə «peşmərgə» dəstələri nəzarət edir.

 





16.10.2017    çap et  çap et