Vaxt.Az

«Xəstə insanam, şəkərim var»


 

Müşfiq Mədətov: «26 saatdır məni ac və yuxusuz saxlayırlar»

«Xəstə insanam, şəkərim var» «Mən cinayətin qurbanıyam. Amma faktiki olaraq həbs altındayam. Bu nə biabırçılıqdır? Mən və Vəli Vəliyev ifadə verdik, edilən hücumdan danışdıq. Ancaq bizi hələ də evə buraxmırlar. Biz nədə təqsirkarıq? Günün günorta çağı bizə hücum etdilər, bıçaqladılar və üstəlik bizim özümüzü həbs etdilər», - deyə dünən xuliqanların hücumuna məruz qalan Müşfiq Mədətov bir az əvvəl virtualaz.org-un axşam növbətçisinə zəng vuraraq həyəcanlı səslə bildirib.

«Mən xəstə insanam, şəkərim var. Amma bizə heç yemək də vermirlər. Mən anlaya bilmirəm – bizi nə üçün həbs ediblər?», - deyə Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı hiddətlə vurğulayıb.

M.Mədətovun sözlərinə görə, Səbail Rayon Polis İdarəsinin rəisi bildirib ki, onları yalnız rəhbərliyin zəngindən sonra azad edəcəklər.

Xatırladaq, M.Mədətov dünən dələduzların hücumunun qurbanı olub, hansılar ki, ona bir neçə bıçaq zərbəsi vurublar. Məişət münaqişəsi sonradan dramatik şəkil alıb- həmin dələduzlar polislərə atəş açıblar, Səbail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadə yaralanıb.

 

***

 

16:35

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.

Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.

Məlumata görə, Müşfiq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.

Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Müşfiq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

 





15.10.2017    çap et  çap et