Vaxt.Az

Kurtsun partiyası liderlik edir


 

Avstriyanın yeni baş naziri 31 yaşlı gənc ola bilər

Kurtsun partiyası liderlik edir Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində 31 yaşlı Sebastyan Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası (ANP) liderlik edir.

TASS xəbər verir ki, seçkilərdə qələbə qazanan Kurts Avstriyanın yeni baş naziri ola bilər.

Səslərin ilkin hesablanmasından sonra ANP seçicilərin 31,4 faizinin səsini toplayıb. İkinci yerdə 27,4 faiz səslə Avstriya Azadlıq Partiyası qərarlaşıb.

Qeyd edək ki, Sebastyan Kurts bundan əvvəl Avstriyanın xarici işlər naziri, ATƏT-nın sədri olub.

 





16.10.2017    çap et  çap et