İraq Kürd Regional Hökumətinin rəhbəri Məsud Bərzani peşmərgə qüvvələrinə müraciət edərək onları İraq rəhbərliyinə tabe olmağa çağırıb.
Peşmərgə qüvvələri Kərkükün cənubundakı mövqelərdən geri çəkilib.
***
Türkiyənin hava sahəsi Şimali İraq Kürd Muxtariyyətinə bağlanacaq.
APA TV-nin məlumatına görə, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən toplanan Milli Təhlükəsizlik Şurasında hava sahəsinin muxtariyyətə bağlanması və İbrahim Halil gömrük məntəqəsinin mərkəzi İraq hökumətinin nəzarətinə verilməsi prosesinin başlanması hökumətə tövsiyə olunub. Eyni zamanda rəsmi Ankaranın İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğu bir daha vurğulanıb.
Bu arada İraq ordusu Kərkük valiliyinin binasını döyüşsüz alıb. «Reuters» agentliyinə iraqlı rəsmi şəxs Kərkükdə qısa zamanda neft istehsalına başlanacağını deyib.
«France-Presse»in xəbərinə görə, İraq ordusu və kürd silahlıları arasında baş verən döyüşlərdə 10 peşmərgə öldürülüb. Kərkükdən çoxlu sayda mülki şəxsin digər bölgələrə qaçdığı qeyd olunur.