Vaxt.Az

«Potensialdan daha artıq təhlükə var»


 

Erməni deputat «Metsamor» Çernobılla müqayisə etdi

«Potensialdan daha artıq təhlükə var» «Hazırda «Metsamor» atom elektrik stansiyasının (AES) texnologiya və avadanlıqları köhnəlib, istifadəyə yararsızdır». Bu barədə «Nairit» zavodunun keçmiş direktoru, eks-deputat Qaqik Nersisyan «1in.am» saytına verdiyi müsahibəsində bildirib.«Ermənistanda bu cür nüvə stansiyasının mövcudluğu rusların mənafeyinədir. Çünki bu gün onlar nüvə elektrik stansiyasını idarə edirlər. Əslində, nüvə stansiyası Rusiyanın Ermənistandakı təsisatı hesab edilməlidir. Bizdə olan atom stansiyası artıq anakronizmdir. Biz 1995-ci ildə nüvə stansiyasını yenidən qurmaq üçün böyük resurslar sərf etdik və bu, baş verdi. Hələ heç vaxt hansısa ölkədə tikilən nüvə stansiyası bərpa edilməyib. Nüvə stansiyamız artıq anakronizmdir və onun texnologiyaları köhnəlib», - deyə sabiq deputat bildirib.

"Metsarmor"u Çernobılla müqayisə edən keçmiş direktor stansiyanın təhlükə yaratdığını etiraf edib: «Bilirsiniz, potensialdan daha artıq təhlükə var. Çernobılı unutmayaq. Çernobıl fəlakətinin səbəbi texnoloji problem idi. Bizim nüvə stansiyamız da Çernobılın bənzəridir. Biz bunu nəzərə almalıyıq». (azvision.az)

 





17.10.2017    çap et  çap et