Vaxt.Az
Yaşar Cəfərlini kim əvəzləyəcək
«Uzun müddət eyni işlə məşğul olmaq məni yorur»
«Ehtiyatda və İstefada olan Zabitlər» İctimai Birliyinin sədri, QHT-lərin «Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf» Koalisiyasının prezidenti Yaşar Cəfərli istefa verib. Modern.az xəbər verir ki, bu barədə özü məlumat verən Y.Cəfərli istefa səbəbini 50 yaşının tamam olması ilə əlaqələndirib.
«İctimai fəaliyyətimi 50 yaşım tamam olan gün dayandıracağım barədə verdiyim sözün üstündə durmağı özümə borc bilirəm. Hesab edirəm ki, həm ictimai birlik sədri kimi 11 il, həm də koalisiya rəhbəri kimi 9 il çox böyük müddətdir. Uzun müddət eyni işlə məşğul olmaq məni yorur və kreativliyi zəiflədir. Bu da öz növbəsində təşkilatın inkişafına, rəqabətə dözümlülüyə və s. əngəllər törədir. Peşəkar hərbçi olaraq mən karyeristəm və daha perspektivli işlə məşğul olmaq istəyirəm. Burada isə mənim üçün perspektivlər tükənib».
Nizamnaməyə əsasən ümumi yığıncaqda yeni sədr seçilənədək 28 fevral 2014-cü il tarixindən etibarən ictimai birliyin sədrinin vəzifə və səlahiyyətləri təşkilat sədrinin müavini Telman Əbilova həvalə olunur. O eyni zamanda «SeDEP» QHT-lər koalisiyasının ümumi yığıncağı keçirilən müddətədək isə quruma koordinatorluğun «Doktrina» JHAM-nin sədri Cəsur Məmmədov tərəfindən (Sümərinli) həyata keçirilməsini təklif edib.
27.01.2014 çap et