Vaxt.Az

«Neftin qarant olması danılmaz faktdır»


 

Ayaz Mütəllibov: «Moskva Azərbaycanın müstəqilliyi ilə barışıb»

«Neftin qarant olması danılmaz faktdır» «Rusiyanın imperiya meylli siyasətçilərindən biri Konstantin Zatulinin Azərbaycanın SSRİ-nin dağılmasından qazanan yeganə ölkə olduğunu bildirməsi onu deyir ki, Moskva müstəqilliyimizlə barışıb və ölkəmizi həqiqətən bərabərhüquqlu tərəfdaş kimi qəbul edir».

Virtualaz.org xəbər verir ki, bunu əməkdaşımızla söhbətində Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov deyib.

«O ki qaldı neftin müstəqilliyimizin qarantı olmasına, bu danılmaz faktdır. Vaxtilə «Əsrin müqaviləsi»ni imzalamış ölkə rəhbərliyinin haqqını vermək lazımdır. Həmin müqavilə Azərbaycanın energetik təhlükəsizliyini təmin edib. Bu gün görə bilərik ki, hətta çoxəsrlik dövlətçilik ənənələrinə malik Avropa ölkələri belə enerji daşıyıcılarının çatışmazlığı ucbatından müstəqil siyasət yürüdə bilmirlər. Şükürlər olsun ki, biz heç bir bloka daxil olmuruq və xaricdən göstəriş olmadan inkişaf edirik. Əminəm ki, ölkəmiz hansı çətinliklərlə üzləşsə də, siyasətimizi davam etdirməli və müstəqilliyimizi möhkəmləndirməliyik», - A.Mütəllibov vurğulayıb.

 





19.10.2017    çap et  çap et