Vaxt.Az
Gülən Ərdoğanı «şaha» bənzətdi
Camaat lideri 16 ildən sonra ilk dəfə BBC-yə danışdı
Fətullah Gülən 16 il fasilədən sonra ilk TV müsahibəsini BBC-yə verib. Avropa.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Gülən «rüşvət» əməliyyatı, Xidmət təşkilatı, kürd məsələsi, Abdullah Gülə göndərdiyi məktub barəsində sualları cavablandırıb.
Gülən Ərdoğan haqqında keçmiş şah dövründən misal çəkib: «Şahın ətrafında insanlar olurdu. Baş verənləri olduğu kimi yox, başqa cür danışırdılar şaha. Bizim dostumuza da belə davranaraq narahat edirlər» - deyib.
Gülən yeri gəlsə sakit durduğunu deyərək razılığa gələ biləcəklərinə işarə edib. Kürd məsələsində isə Öcalanla danışıqlara qarşı olmadığını bildirib.
BBC-nin rüşvət haqqındakı sualına cavab olaraq Gülən deyib: «Harasından başlayacağımı bilmirəm. Bir korrupsiya olduğu məlumdur. Bunu hamı qəbul edir. Keçmişdə avam-ziyalı deyirdilər. Xalqın içindən olan insanlardan tutmuş elit təbəqəyə qədər hamı məsələnin mahiyyətini anlayır. Bunu dəyişdirməyə heç kimin gücü çatmaz».
BBC-nin «Paralel dövlətin olduğunu yalnız Ərdoğan deyil, başqaları da dilə gətirir. Hətta deyirlər ki, sizin təlimatınız olmasaydı, «rüşvət» əməliyyatı başlaya bilməzdi» sualına Gülən «Bu mətbuatda da deyildi, özləri də bilirlər, 8-10 ay əvvəl milli kəşfiyyat idarəsi xəbər verib. Milli Kəşfiyyat hörmətli baş nazirin əmrində olan idarədir. Xəbər verib, araşdırma aparılıb. Müəyyən olunub. İndiyə qədər onlar belə əməliyyatların içində olublar» deyib.
Seçkilərdə Ərdoğana səs verib-verməyəcəyi sualına Gülən «Həyatımda bir dəfə səs vermək qismət olub. Onda da mərhum Turqut Özala səs vermişəm» - cavabını verib.
27.01.2014 çap et