Vaxt.Az

İslam Kərimovun pulları ABŞ-a qismət olacaq


 

Əməliyyatlarda dollardan istifadə etdiyinə görə…

İslam Kərimovun pulları ABŞ-a qismət olacaq ABŞ və Hollandiya Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus 800 milyon İsveçrə frankı (784 milyon dollar) məbləğində pulun böyük hissəsini əldə edə bilərlər. Virtualaz.org İsveçrənin «Le Temps» nəşrinə istinadən xəbər verir ki, həmin pullar İsveçrə banklarından birində dondurulub.

Mənbə məlumat verir ki, bu həftə Bern şəhərində Kərimovanın işini aparan Özbəkistan Baş prokurorluğunun, Federal ədliyyə ofisinin (Ədliyyə Nazirliyi), Federal beynəlxalq işlər departamentinin və İnkişaf və əməkdaşlıq Direksiyasının iştirakı ilə gizli danışıqlar başlayıb. Danışıqların iştirakçıları «Lombard Odier» özəl bankındakı hesablarda saxlanılan dondurulmuş pulların restitusiyasının hansı yolla aparılmasını müzakir edir. Restitusiya ilə bağlı qərar yaxın günlərdə verilə bilər.

Qeyd olunur ki, ABŞ üzərinə həbs qoyulmuş məbləğdən 550 milyon dollarını tələb edir. Əsas kimi «özbək klanının Amerika banklarından və maliyyə əməliyyatlarında Amerika dollarlarından istifadə etməsi» göstərilir. Hollandiyanın iddia etdiyi məbləğ açıqlanmır.

«Le Temps» yazır ki, dondurulmuş aktivlər müxtəlif telekommunikasiya şirkətlərindən rüşvət kimi alınıb. İsveçrə həmin pulların nəzarət altında restitusiyasını keçirmək niyyətindədir və əmindir ki, bu pullar Özbəkistan əhalisinə qaytarılmalıdır. Lakin ehtiyat olunur ki, Daşkənd həmin xərclərin nəzarətini həyata keçirmək iqtidarında olmayacaq.

 





21.10.2017    çap et  çap et