Vaxt.Az

Həcc ziyarəti bahalanacaq


 

Azərbaycana ayrılacaq kvota ilə bağlı protokol imzalanmalıdır

Həcc ziyarəti bahalanacaq Bu il Azərbaycanda Həcc ziyarətinə getmək istəyən zəvvarların siyahıyaalınması fevralın 1-dən başlayacaq. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. QMİ-dən bildiriblər ki, bu il ziyarət xərclərinin qiymətlərində artım gözlənilir. Bu, Səudiyyə Ərəbistanında tutulacaq otellərin və kirayə götürüləcək çadırların qiyməti ilə bağlıdır. Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı ziyarət çadırlarını Azərbaycana pulsuz vermişdi.
Qiymətlər bu ilin aprelində QMİ nümayəndə heyətinin Səudiyyə Ərəbistanına səfəri zamanı imzalanacaq protokolun hazırlanması zamanı dəqiq məlum olacaq. Ziyarətlə bağlı Azərbaycan üçün müəyyənləşmiş kvota da həmin vaxt müəyyənləşəcək. Bu il də  zəvvarlar ziyarətə yalnız təyyarə ilə gedəcəklər, Suriyada baş verən hadisələrlə əlaqədar avtobuslarla səfər nəzərdə tutulmur. Qeyd edək ki, ötən il Həcc ziyarətinə təyyarə ilə gedənlər üçün 3090 manat və 3850 manat qiymət təklif olunub. Qiymətlər zəvvarların mehmanxanalarda 4 və ya 6 nəfərlik otaqlarda qalmaq istəyindən asılı olaraq müəyyənləşir.
 





01.01.2013    çap et  çap et