Vaxt.Az

«5-6 gündür parlamentin iclaslarında iştirak etmir»


 

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər

«5-6 gündür parlamentin iclaslarında iştirak etmir» Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarova son vaxtlar parlamentin nə komitə, nə də plenar iclaslarına qatılır. Millət vəkilinin payız sessiyasında parlamentdə gözə dəyməməsi nə ilə bağlıdır? Milli Məclisin İntizam Komissiyası sənətçi-deputatla maraqlanıbmı?

Modern.az məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyevin rəyini öyrənə bilməyib.

İntizam Komissiyasının üzvü Fazil Mustafa isə bu haqda saytımıza açıqlama verib.

Deputat bildirib ki, Zeynəb Xanlarova parlamentin 30 iclasında iştirak etməsə, o halda Milli Məclisin sədri İntizam Komissiyasına sənəd göndərir və işə baxılır.

«Zeynəb Xanlarova 5-6 dəfədir ki, parlamentin iclaslarında iştirak etmir. Bəlkə də Zeynəb xanım üzrlü səbəbdən iclaslara qatılmır. Bu barədə məndə hansısa məlumat yoxdur. Qalan vaxtlarda isə iclaslarda iştirak edib. Səhhəti ilə bağlı müəyyən problem ola bilər ki, müvəqqəti olaraq iclaslarda iştirak etmir».

F.Mustafa bildirib ki, deputatlara hansısa intizam cəzasının verilməsi parlamentin sədrinin tapşırığına əsasən həyata keçirilir.

 





22.10.2017    çap et  çap et