Vaxt.Az

İtaliyada da referendumlar


 

Lombardiya və Veneto regionlarında daha geniş muxtariyyət üçün səsvermə

İtaliyada da referendumlar İtaliyanın ən zəngin iki şimal vilayətində daha geniş muxtariyyət əldə edilməsi məqsədi ilə referendum keçirilir.

İtaliyanın maliyyə paytaxtı olan Milan şəhərinin yerləşdiyi Lombardiya vilayəti və Venesiya şəhərinin yerləşdiyi Veneto vilayəti, ikisi birlikdə ölkənin milli sərvətinin 30 faizini təmin edir.

Hər iki vilayətin qubernatorları Şimal Liqasına daxildir.

Bu qurum İtaliyanın zəngin şimal regionları hesabına ölkənin nisbətən yoxsul cənub hissəsinin maliyyələşdirilməsindən narazıdır.

Hər iki referendumda «Hə» deyənlərin qələbə çalacağı gözlənilir, lakin onların nəticələri mərkəzi hökumət üçün icbari səciyyə daşımır.

Romadakı mərkəzi hökumət referendumların keçirilməsinə ehtiyacın olmadığını qeyd edib.

Ölkə konstitusiyası belə referendumların keçirilməsinə icazə verir.

Lombardiya prezidenti Roberto Maroni İtaliyadakı referendumun İspaniyadakı Kataloniya müstəqilliyi referendumundan fərqli olduğunu vurğulayır.

«Biz Kataloniya deyilik», - o, Milanda «Reuters» agentliyinə bildirib.

«Biz İtaliya tərkibində qalaraq, daha geniş muxtariyyət istəyirik, Kataloniya isə Avropa İttifaqının 29-cu üzvü olmaq istəyir. Biz isə, yox… İndi, yox», - Roberto Maroni qeyd edib.

 





23.10.2017    çap et  çap et