«Rublevsk şossesinin yaxınlığında böyük torpaq sahəsi var idi, bir hissəsi də Vladimir Vladimiroviç Putinin iqamətgahının ərazisinə düşürdü. Daha dəqiq desək Putinin iqamətgahı həmin torpaq sahəsində yerləşir. Və onu hansısa adamlar reyderliklə ələ keçirməyə çalışırdılar. Bunlar professional reyderlər idi, hansı ki, ərazinin Putinin iqamətgahına aid olmasına baxmayaraq onu ələ keçirmək qərarına gəlmişdilər. Sonradan aydın oldu ki, bu adamların arasında Çaykanın, baş prokurorun oğlu da var», - Puqaçov danışıb.
Rusiyalı bankir Putinin iqamətgahının ərazisini ələ keçirmək istəyən adamların və şirkətlərin adlarını çəkməyib. Ancaq bildirib ki, bu məsələ ilə bağlı Putinə müxtəlif adamlar zəng edirdi, o cümlədən Federal Mühafizə Xidmətinin rəisi olmuş Yevgeni Murov, prezidentin təhlükəsizlik xidmətinin rəisi Viktor Zolotov.
«Onlar Putinə deyirdilər ki, nəsə tədbir görmək lazımdır. Çünki iş o yerə gəlib çata bilər ki, bizi buradan, Novo-Oqaryevodan köçürə bilərlər. Və yadımdadır ki, o vaxt Putin Çaykanı çağırdı, Çayka gəldi və onu inandırmağa çalışdı ki, məsələ heç də elə deyil, dedi hətta reyderlik eləsələr də bu, Putinə toxunmayacaq», - Puqaçov deyib.
Bankir əlavə edib ki, Putini ilk dəfə o vaxt narazı və hirsli görüb. Puqaçovun sözlərinə görə, Putin Çaykaya deyib: «Mən soruşuram ki, kimə dəxli olacaq, ya olmayacaq. 24 saat vaxt verirəm ki, situasiya qaydasına qoyulsun». Söhbətin digər təfərrüatlarını Puqaçov açıqlamayıb. Lakin deyib ki, iş çox dərinə getmişdi və Putinə «çox ciddi» toxunurdu.
«Dojd» qeyd edir ki, bu, 2009-cu ildə «The Moscow Post» qəzeti tərəfindən barəsində bəhs edilmiş reyder hücumu cəhdidir. Həmin il bir qrup fiziki şəxs Prezidentin İşlər İdarəsinin «Tetkovo» sağlamlıq kompleksinə qarşı məhkəmə iddiası qaldırıb. İddiada Novo-Oqaryevo iqamətghı yaxınlığındakı 197 hektar torpaq sahəsinin həmin kompleksin balansına verilməsinin qanunsuz olduğu göstərilirdi və torpaq sahəsinin iddiaçıların xeyrinə geri alınması istənilirdi.
Torpaq sahəsi vaxtilə kolxoz mülkiyyətində olub. Hansı ki, kolxozun qalan torpaqlarını Rusiyanın «araq kralı» kimi tanınan Aleksandr Sabadaş və daha bir neçə biznesmen alıb. Bunlar isə Putinin iqamətgahının qonşuluğundakı torpağı «Kuzbasrazrezuqol» şirkətinin sahibləri İsgəndər Mahmudova və Andrey Bokarevə satıblar. Qəzet yazırdı ki, Putinin iqamətgahının ətrafındakı torpaq sahəsinin ələ keçirilməsi cəhdinin arxasında Mahmudov, Bokarev və həmin Sabadaş da dayanırdı. Torpaq uğrunda mübarizəyə məhkəmə və hüquq-mühafizə orqanları da cəlb olunmuşdu.