Vaxt.Az

18 milyard xərclənib


 

Bu 2012-ci ilə nisbətdə 15 faiz çoxdur

18 milyard xərclənib Ötən il əsas kapitala 17,9 milyard manat və ya əvvəlki ilə nisbətən 15,1 faiz çox vəsait yönəldilib. Onun 76,7 faizi daxili mənbələr hesabına təmin edilib.
Publika.Az xəbər verir ki, sərf edilən sərmayələrin 48,3 faizi məhsul istehsalı, 51,7 faizi xidmət sahələri obyektlərinin inşasında istifadə olunub.
Dövlət mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 57,8 faizini təşkil edib. 
Bütün maliyyə mənbələri hesabına ölkədə ümumi sahəsi 2138,8 min kvadrat metr olan yeni yaşayış evləri, 1338 çarpayılıq xəstəxana, növbədə 638 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisələri,
34512 şagird yerlik ümumtəhsil məktəbləri, 2466 yerlik məktəbəqədər təhsil müəssisələri, 1124 yerlik klub və digər obyektlər istifadəyə verilib.
 





27.01.2014    çap et  çap et