Azərbaycanda «Sosial xidmət haqqında» Qanuna əsasən yaşı 70-ə çatmış şəxslər ahıl hesab edilir.
Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda ölkə üzrə 70 və yuxarı yaşda olan əhalinin sayı 377. 8 ( 377 800 nəfər) min nəfərdir:
«Onlardan 153.7 min ( 153700 nəfər ) nəfəri kişilər, 224.1 min (224 100 nəfər) nəfərdir. 80 yaş və yuxarı yaşda olan əhalinin sayı, ümumilikdə, 129.4 min (129 400 nəfər) nəfərdir. Onlardan 50, 9 min ( 50 900) nəfəri kişilər, 78, 5 min (78 500 nəfər) nəfəri kişilərdir».
Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda 90 və yuxarı yaşda olan vətəndaşların sayı 11.7 min (11 700 nəfər) nəfərdir: «Onlardan 4.1 min (4 100 nəfər) nəfəri kişilər, 7.6 min (7600) nəfəri qadınlardır».
100 və yuxarı yaşda olan əhalinin sayına gəlincə, R.Süleymanov deyib ki, onların 0.7 min (700) nəfərdir: «100 və yuxarı yaşda olan vətəndaşlardan 0.1 min (100 nəfər) nəfəri kişilər, 0.6 min (600) nəfəri qadınlardır».
Aparılan son tədqiqatlara görə, uzunömürlülər əsasən, Lerik, Astara və Lənkəran bölgəsində yaşayırlar.