Vaxt.Az

«Gecikməmişik, vaxtımız daralıb»


 

ABŞ kəşfiyyatı: «Kim Çen Inın başına bir iş gəlsə, bizdən soruşmayın»

«Gecikməmişik, vaxtımız daralıb» «The Independent» qəzetinin yazdığına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri deyib ki, Şimali Koreya lideri qəfil yoxa çıxsa və ya ölsə, onun təşkilatı bu barədə heç bir şərh verməyəcək.

Mayk Pompeo (Mike Pompeo) Vaşinqtonda keçirilən konfransda təhlükəsizlik əməkdaşlarına deyib ki, kommunist despotun başına bir iş gəlsə, MKİ bu barədə susacaq.

«Birdən Kim Çen In yoxa çıxsa, MKİ-nin tarixi ənənəsini nəzərə alaraq mən bu barədə heç nə deməyəcəyəm, - Mike Pompeo Demokratiyanın Müdafiəsi Fondunun forumunda deyib, - Kimsə fikirləşəcək ki, bu bir təsadüf olub, qəfil qəza baş verib və sair. Bunu deməkdə bir fayda yoxdur».

Onun şərhi əvvəlcə ABŞ-da yox, «South China Morning» Post qəzetində dərc olunub.

«The Independent» yazır ki, öz çıxışında cənab Pompeo İran, Konqo və Çili kimi ölkələrdə liderlərin devrilməsi qəsdlərində MKİ-nin rolunun olduğu barədə söz-söhbətlərə işarə edib.

Bundan bir neçə ay əvvəl Şimali Koreya iddia edirdi ki, MKİ Cənubi Koreyanın kəşfiyyat orqanlarından istifadə edərək Kimi sui-qəsdlə qətlə yetirmək cəhdi göstərib.

Lakin Pxenyan bu iddiasını əsaslandırmaq üçün heç bir dəlil göstərməyib.

Bununla yanaşı, Pompeo xəbərdarlıq edib ki, Şimali Koreya özünün nüvə qabiliyyətini təkmilləşdirmək hədəfindən bir neçə ay aralıdır və Tramp lazım gələrsə bu bədəməl dövlətə qarşı hərbi qüvvə işlətməyə hazırdır.

MKİ rəhbəri deyib ki, ABŞ Şimali Koreyanın öz nüvə qabiliyyətini təkmilləşdirməsinə və ABŞ-a zərbə endirmək niyyətinə hazır olmalıdır.

Lakin o deyib ki, bir nüvə raketi düzəltməyə qabil olmaqla, belə raketlərinin arsenalını yaratmaq qabiliyyətinə malik olmaq arasında fərq vardır.

Elə bu forumda çıxış edən ABŞ Milli Təhlükəsizlik müşaviri HR MakMaster (HR McMaster) deyib ki, ABŞ hazırda bu təhlükənin qarşısını almaq üzərində sürətlə işləyir.

O əlavə edib: «Biz gecikməmişik, amma vaxtımız daralıb».

 





23.10.2017    çap et  çap et