Vaxt.Az

Məqsəd seçməyin uyğun vaxtı


 

İnsan adətən həmişə nəyisə yenidən başlamağı düşünür, amma fürsət gözləyir

Məqsəd seçməyin uyğun vaxtı Bir çox insanlar həyatında dəyişikliyi müəyyən günlərdə etməyi üstün tutur, misal üçün, bazar ertəsi və Yeni il günləri. Alimlər həmin günləri «müvəqqəti təqvim günləri» kimi işarələyir - təqvimin həmin günləri insana boş vaxtını təşkil etməyə və görüləcək işlərin ardıcıllığını nizamlamağa kömək edir.

Ekspertlər hesab edir ki, insan seçdiyi məqsədin yerinə yetirilməsinə müəyyən vaxtlarda başlayanda həmin məqsədə çatmaqda daha inamlı olur.

Bunun üçün seçdiyi vaxt insan üçün özəl əhəmiyyət kəsb etməlidir.

Henqxen Day, Los Ancelesdə Kaliforniya universitetinin Anderson İdarəçilik Məktəbinin mütəşəkkil rəftar üzrə dosentdir.

O, «yeni start» fenomenini araşdıran bir neçə tədqiqatçıdan biridir.

Day deyir ki, hər bir insanın özü üçün «psixoloji cəhətdən mühüm saydığı keçid anları» mövcuddur.

Həmin məqamlarda insan müəyyən qüsurları, uğursuzluqlarını geridə qoymağa, unutmağa və yenidən nəyi isə başlamağa həvəsli olur.

«Həmin məqamların insan üçün hansısa özəl bir mənası olanda, seçilmiş məqsəd istiqamətində işə başlamaq motivasiyası daha güclü olur».

Həmin zaman kəsikləri həftəlik, rüblük və ya mövsümü səciyyə daşıya bilər, bu zaman, təqvimin müəyyən günlərinə bağlanmaq ehtiyacı yaranmır.

Misal üçün yeni start üçün yeni işə qəbul gününü və ya yeni tədris semestrinin başlanmasını seçmək olar.

Həmin məqsəd üçün ad günləri də seçilə bilər.

Nyu-York universiteti və Kaliforniya universiteti professorlarının bir məqaləsinə əsasən, yaş baxımından hər dəfə növbəti onilliyini xərcləməyə başlayan insan həmin anadək keçdiyi həyat yolu barədə düşüncələrə dalmağa və ya yeni mühüm qərarlar qəbul etməyə daha meylli olur.

Keçirilmiş tədqiqatlara əsasən, insan yeni mühüm qərarları 9 rəqəmi ilə bitən yaşlarında verməyə daha həvəsli olur, misal üçün, 29 və ya 39 yaşında.


Dönüş nöqtələri


Nyu-Yorkda mənzillənən, peşəkar karyera qurulması üzrə ekspert Rebekka Kiki Veynqarten (Rebecca Kiki Weingarten) deyir ki, insan adətən həmişə nəyisə yenidən başlamağı düşünür, lakin bunun üçün fürsət gözləyir.

«Bəziləri bunu məzuniyyətdən sonraya saxlayır, digərləri isə, misal üçün, idmançılar bunun üçün müəyyən tarixlərdən, deyək ki, idman mövsümünə start verilməsindən istifadə edir», - Veynqarten qeyd edir.

Onun sözlərinə görə, bəzilərinin isə motivasiyası ad günü, yubiley və ya sevdikləri insanın vəfatı tarixi ilə bağlı olur.

 

Nəticə sığortalanmayıb

 

Verilən qərarın uğurlu nəticə verəcəyi ehtimalı daha çox hallarda, uzun müddətə nəzərdə tutulan və bir dəfə atılan addımla bağlı olur.

Belə situasiya, misal üçün, gələcəkdə daha yüksək təqaüd təmin edilməsi məqsədilə pensiya fondu üzvlüyünə yazılanda, yarana bilər.

Lakin Pensilvaniya universitetinin «The Wharton» məktəbinin davranış iqtisadiyyatı üzrə professoru Katerin Milman (Katherine Milkman) qeyd edir ki, yeni fəaliyyətə başlamaq üçün müəyyən əhəmiyyət kəsb edən tarixin seçilməsi, heç də həmin işin mütləq uğurlu olacağı demək deyil.

Bu fikirlə professor Henqxen Day razıdır.

«Uzunmüddətli zaman kəsiyi üçün verilən qərarın hansı nəticə ilə bitəcəyi müxtəlif amillərdən, o cümlədən, müvəqqəti təqvim tarixlərindən də asılıdır, bu məsələ hələ açıqdır və bu istiqamətdə tədqiqatlarımız davam edir», - Day deyir.

 





24.10.2017    çap et  çap et