Bu belə keçə bilər, amma heç də həmişə yox.
Ürəktutmaya səbəb ürəyə qan vuran damarda tıxacın əmələ gəlməsidir.
Bəzi hallarda bu, sinədə ağrı vermədən baş verir, nəticədə, ilk yardım geçikir.
Bəzən isə sinədə nisbətən yüngülvari ağrı hissi mədə pozğunluğu kimi qəbul olunur və yalnız sonradan, hospitalda çəkilmiş elektrokardioqram ürəyin zədələnməsini göstərdikdən sonra, ürəktutmanın baş verdiyi bəlli olur.
Belə hallara sakit ürəktutma deyilir.
2016-cı ildə keçirilmiş tədqiqata əsasən, ürəktutma hallarının təxminən 45 faizi bu şəkildə keçir.
Sinəyə ağrı vermədən başlayan ürəktutma halları, deyilənə görə, qadınlarda daha tez-tez müşahidə olunmaqdadır, nəticədə, daha çox hallarda onlara tibbi yardım yubanır və bu, qadınlar arasında sağ qalanların sayını azaldır.
Bu sahədə ABŞ, Yaponiya, İsveç, Almaniya, Britaniya və Kanadada keçirilmiş tədqiqatın nəticələri 2011-ci ildə mütəxəssislər tərəfindən bir daha təhlil edilib.
Həmin təhlilin məqsədi kişi və qadınlarda ürəktutmanın baş verməsinin fərqli cəhətlərini müəyyən etməkdən ibarət olub.
Təhlil 900,000-dən çox pasiyentdən alınan məlumat bazası və ən qabaqcıl 26 tədqiqatın nəticələrinə əsaslanır.
Mütəxəssislərin gəldiyi rəyə görə, kişilərə nisbətdə qadınlarda ürəktutma halları daha az sinə ağrıları ilə müşayiət olunur və qadınlar bu zaman daha böyük ehtimalla yorğunluq, ürəkbulanma, başgicəllənmə ilə yanaşı boyun və ya çənə nahiyəsi, yaxud da qollarda ağrı hissi edir.
Kişi və qadınların çoxunda ürəktutma döş qəfəsəsində ağrılarla müşayiət olunsa da, qadınların üçdə biri və kişilərin dörddə birində ürəktutma döş qəfəsəsində ağrı verməyib, nəticədə, həmin adamlar ürəktutma keçirdiklərini anlamayıb.
Simptomların ciddi olduğu barədə məlumat olmayanda isə, yardım da geç yetişir. Orta hesabla, belə hallarda yardım gözləmə müddəti 2 saatdan 5 saatadək çəkə bilər.
Yeni araşdırma çərçivəsində ürəktutma keçirmiş qadın pasiyentlərlə söhbət əsnasında məlum olub ki, soruşulanların təxminən yarısı narahatedici simptomları hiss etdikdə, dərhal həkimə müraciət edib.
Üç nəfər həkimə yalnız, əvvəl zəif görünən simptomlar gücləndikdən sonra, müraciət edib.
Soruşulanların qalanları isə simptomların ürəklə bağlı olduğunu anlamayıb, bu barədə heç kimə bildirməyib və gözləməyə qərar verib.
Beləliklə, döş qəfəsəsində ağrı hissi ciddi simptom sayılaraq ürəktutmadan xəbər verə bilər.
Bu səbəbdən, həmin simptomlar filmlərdə gördüyümüzə bənzəməsə də, onların ürəktutma ilə bağlı ola bilməsini yaddan çıxarmaq olmaz.