Vaxt.Az
Birinci vitse-prezidentdən muğam ustasına böyük mükafat
Mehriban Əliyeva Könül Xasıyevaya ev hədiyyə etdi
Xalq artisti Könül Xasıyevaya ev hədiyyə edilib. «Qafqazinfo»nun əldə etdiyi məlumata görə, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən xalq artistinə ev hədiyyə olunub.Könül Xasıyeva «Qafqazinfo»ya açıqlamasında xəbəri təsdiq edərək
çox sevindiyini qeyd edib: «Birinci xanım Mehriban Əliyevaya çox təşəkkür edirəm.
Çox sevincliyəm, danışa bilmirəm…».
24.10.2017 çap et