«Çox təəssüflər olsun ki, əyalətin şimal bölgəsində həzm sistemi xərçəngi getdikcə artır. Bu o həddə çatıb ki, artıq xərçəng xəstəliyi sunamisi yaşadığımızı söyləyə bilərik», - deyə o qeyd edib.
Azərbaycanlı millət vəkili vurğulayıb ki, «Araz çayında olan böyük həcmdə ağır metallar Ermənistan sənaye müəssisələrindən birbaşa bu çaya axıdılan çirkab suları ilə bağlıdır və bölgədə xərçəng xəstəliyi hallarının artmasının bu səbəbdən irəli gəldiyi ehtimal olunur».
Uzun illərdir Ermənistan ərazilərindən təmizlənmədən birbaşa Araz çayına axan məişət tullantıları və sənaye müəssisələrinin çirkab suları sərhədyanı şəhər və kəndlərdə ətraf mühitə ciddi ziyan vuraraq bölgədə bir çox xəstəliklərə səbəb olub. Bu barədə yerli əhali və bir sıra rəsmi şəxslər dəfələrlə xəbərdarlıq etsələr də, İran rejimi Ermənistanla olan siyasi, hərbi və iqtisadi əməkdaşlığı nəzərə alaraq bu məsələyə göz yumub.
Avqustun 31-də Araz kənarında minlərlə balığın tələf olması qeydə alınıb. Həmin zaman bir neçə yerli məsul balıqların ölməsində Ermənistanı günahlandıraraq Araz çayının bu ölkə tərəfindən çirkləndirilməsini bildirib. Ötən həftə də Araz çayı kənarında çox sayda balığın tələf olması ilə bağlı şəkil və məlumat yayılıb.