«Heydər Əliyev Fondunun prezidenti, Birinci Vitse-Prezident Mehriban Əliyevanın köməkçisi Anar Ələkbərov zəng vurdu. O, Mehriban xanımın mənə üçotaqlı mənzil hədiyyə etməsi barədə xəbəri çatdırdı».
K.Xasıyeva qeyd edib ki, ona verilən mənzil Heydər Əliyev prospektində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşir.
Xalq artisti deyib ki, mənzil 110 kvadratmetr olmaqla üç otaqdan ibarətdir: «Mənzil tam təmirlidir, bütün mebel və məişət əşyaları ilə təchiz olunub. Mənim üçün ən xoş o oldu ki, mənzil ulu öndərin adını daşıyan prospektdə, ulu öndərimizin adını daşıyan mərkəzin lap yaxınlığında yerləşir. İndi bircə arzum qalıb. Bu mənzildə bəzənim, gedəm Heydər Əliyev Sarayında konsert verəm».
«İlk növbədə, bizim çox hörmətli dövlət başçımız İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya öz ailəmiz adından, muğamsevər xalqımız adından dərin minnətdarlığımı bildirirəm. Bunu təkcə mənə yox, Azərbaycan milli musiqisinə verilən dəyər kimi qiymətləndirirəm. Çox hörmətli Mehriban xanım həmişə sənət insanlarına qayğı göstərir. Hər zaman bunun şahidi olmuşuq. Bu gün də eyni sevinci mən yaşadım».