Vaxt.Az

«Krım Ukraynaya məxsusdur»


 

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçak: «Budapeşt memorandumunu pozmuşuq»

«Krım Ukraynaya məxsusdur» Gələn il Rusiya prezidenti seçkilərində namizədliyini irəli sürəcəyini bildirmiş teleaparıcı Kseniya Sobçak hesab edir ki, Krım Ukraynaya məxsusdur və bu məsələ müzakirə mövzusu deyil.

Virtualaz.org «Russia Today» agentliyinə istinadən xəbər verir ki, keçirdiyi mətbuat konfransında Sobçak bildirib ki, Ukrayna Rusiyanın ən vacib tərəfdaşıdır və münasibətləri bərpa etmək başlıca vəzifədir. Bundan əlavə, teleaparıcının sözlərinə görə, Rusiyanın Krıma qarşı hərəkətləri beynəlxalq hüquqa və ələlxüsus Budapeşt memorandumunu pozub.

«Biz verdiyimiz sözü pozmuşuq, 1994-cü ilin Budapeşt memorandumunu pozmuşuq. Söz vermişik, amma yerinə yetirməmişik», - Sobçak qeyd edib.

 





24.10.2017    çap et  çap et