Vaxt.Az

Mənsimovun zavodunda korrupsiya


 

Prokurorluq cinayət işi açıb

Mənsimovun zavodunda korrupsiya Məşhur iş adamı Mübariz Mənsimova məxsus olan, Azərbaycandakı “Pal Süd Dağıtım” zavodunda korrupsiya faktı aşkarlanıb. Baş Prokurorluqdan mətbuata verilən açıqlamaya görə, «Pal Süd Dağıtım» MMC-nin əməkdaşlarının qanunsuz hərəkətlərə yol vermələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.
Cəmiyyətin satış müdiri Elçin Hacıyevin və satış təmsilçisi Nicat Şirinovun cəmiyyətə məxsus müvafiq olaraq 50.291 və 9.217 manat məbləğində pul vəsaitini mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
 





27.01.2014    çap et  çap et