Vaxt.Az

General bacısı oğlunun acı aqibəti


 

Konvoy korrupsionerləri haqqında 4 aylıq həbs

General bacısı oğlunun acı aqibəti Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov barəsində bu gün həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Nəsimi Rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib, saxlanılan şəxslər barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ədliyyə Nazirliyindən virtualaz.org-a bildiriblər ki, həbs edilənlərdən biri – qarovul rəisi Ceyhun Səmədov Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun bacısı oğludur.

Qeyd edək ki, kriminal avtoritetlər Əli Ağaminin və «Qoca» ləqəbli Etibar Məmmədovun qaçışı geniş ictimai rezonans doğurub. Yeri gəlmişkən, məhbusların qaçışının Penitensiar Xidmətdəki konvoy korrupsiyasının nəticəsi olması barədə yazılıb.

 





25.10.2017    çap et  çap et