Vaxt.Az

Jirinovski Sobçakın həbsini istədi


 

«O, beş il müddətinə ...»

Jirinovski Sobçakın həbsini istədi Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski bəyan edib ki, Kseniya Sobçak Krım haqqında söylədiyi fikirlərinə görə cəzalandırılmalıdır. Bu barədə RİA Novosti xəbər yayıb.

V.Jirinovskinin sözlərinə görə, Rusiyada prezident seçkilərində iştirak etmək istəyən bir qadının ortaya çıxıb, Krımın Ukraynaya mənsub olduğunu bildirməsi yolverilməzdir: «Bu, cinayətdir. Baş prokuror cinayət işinə başlamalıdır, İstintaq Komitəsi cinayət işi açmalıdır və məsələ məhkəməyə ötürülməlidir. O, beş il müddətinə həbs edilməlidir».

Partiya sədri qeyd edib ki, Sobçak kimi namizədlər ucbatından 2018-ci ilin martında Rusiyada prezident seçkilərində səsvermədə iştirak edənlərin sayı az ola bilər.

Xatırladaq ki, K.Sobçak prezident seçkilərində iştirak edəcəyini bəyan etdiyi ilk mətbuat konfransında Krımın Ukraynanın ərazisi olduğunu bildirmişdi. O qeyd etmişdi ki, Rusiya-Ukrayna münasibətləri yenidən bərpa olunmalıdır.

 





25.10.2017    çap et  çap et