Vaxt.Az

Cinayət işi məhkəməyə göndərib


 

Erməni yönümlü «Regnum»un müəlliflərini mühakimə edəcəklər

Cinayət işi məhkəməyə göndərib Belarusda «Regnum» İnformasiya Agentliyinin üç müəllifi barəsində cinayət işinin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.

Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç TASS agentliyinə bildirib ki, cinayət işi məhkəməyə göndərilməsi üçün prokurora verilib: «Səhv etmirəmsə, prokuror cinayət işini baxmaq üçün Minsk şəhər məhkəməsinə göndərib».

İstintaq Komitəsinin sədri xatırladıb ki, Rusiyanın bir sıra informasiya resursları, o cümlədən, «Regnum» agentliyi ilə əməkdaşlıq edən üç nəfər Belarus vətəndaşı irqi, milli və dini ədavəti qızışdırmaqda ittham olunurlar. Onlardan ikisi həmçinin qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

«Regnum» İA-nin baş redaktoru Yuri Barançikə gəlincə, İvan Noskeviç bildirib ki, onun barəsində iş ayrıca icraata götürülüb.

 





26.10.2017    çap et  çap et