Vaxt.Az
Nazirlikdən gizli göstəriş
Şagirdlərə aşağı qiymət verilməsi qadağan olunur
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) son illər ali məktəblərə qəbul imtahanları zamanı keçid ballarını aşağı salır. Təhsil ekspertlərinin fikrincə, bu, ümumən orta məktəb məzunlarının bilik səviyyəsinin aşağı olduğunun göstəricisidir. Abituriyentlər ildən-ilə aşağı nəticə göstərdiyindən, keçid balları aşağı salınır ki, qəbul planında boş yer çox qalmasın.Məsələ ilə əlaqədar Modern.az saytına yeni məlumat daxil olub. Məlumata görə, Azərbaycandakı bütün orta məktəblərə göstəriş verilib. Bu göstərişə görə, ümumtəhsil müəssisələrində şagirdlərə «2» qiymətinin verilməsi qadağan olunur. Bu isə öz növbəsində şagirdlərin sinifdə qalmasının qarşısını alacaq.
Qeyd edək ki, Mikayıl Cabbarov təhsil naziri təyin ediləndən sonra ölkənin təhsil sistemində bir sıra yeniliklər tətbiq olunur. İctimaiyyət tərəfindən diqqətlə izlənilən yeniliklərin təhsilin inkişafına təsir edəcəyi qeyd edilir. Əks təqdirdə, ölkədə sinifdə qalan şagirdlər ordusu yarana bilər.
Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, şagirdlərin sinifdən-sinfə keçirilməsi, yaxud sinifdə təkrar saxlanması onların təlim nailiyyətləri əsasında həll olunur.
«Bildirmək istərdik ki, bu məsələləri əhatə edən yeni qaydalar hazırlanıb və təsdiq olunduqdan sonra ictimaiyyətə açıqlanacaq».
27.01.2014 çap et