Bu barədə VAXT.AZ-a Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Rəsmi məlumata görə, oktyabrın 26-da Penitensiar Xidmət tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-dəBakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış AR Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. Digər təqsirləndirilən şəxs Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.