Futbolçular bununla bağlı rəhbərliyə iradlarını da bildiriblər. Onların narazılığına səbəb olan 4 əsas məqam isə bunlardır:
1. PSJ-nin 2 fizioterapevti yalnız Neymarla çalışır.
2. Oyunlara gedərkən hər kəs yalnız üzərində PSJ-nin loqosu olan çanta aparırsa, Neymar şəxsi sponsorunun çantası ilə gəzir.
3. Məşqlərdə ikili mübarizələr zamanı ona qarşı diqqətli oynamaq lazımdır. Neymar yalnız oyunda zədələnə bilər.
4. Edinson Kavani ilə yaşadığı penalti problemi hələlik yoluna qoyulub. Ancaq gələn mövsümdən komandanın əsas penalti vuranı Neymar olacaq.