Vaxt.Az

ABŞ Rusiyaya girərsə...


 

Dünyanı qorxudan proqnoz

ABŞ Rusiyaya girərsə... Rusiyanın Latviyanın, Litvanın, Estoniyanın ərazisinə müdaxilə edəcəyinə bəzi dairələr qeyri-ciddi yanaşır. Hətta Amerikanın hərbi araşdırmalar üzrə ixtisaslaşmış, Moskvaya münasibətdə davakar mövqedə olan nüfuzlu «RAND Corporation» şirkəti də belə hesab edir ki, Rusiyanın NATO üzvü olan ölkələrə hücum etmək ehtimalı çox aşağıdır.

«Bizim analizimiz göstərdi ki, Rusiyanın adi silah tətbiqinə qarşı NATO üzvlərinin davam gətirmək qabiliyyəti yüksəkdir. Güman edirik ki, Rusiyanın NATO-ya qarşı yaxın vaxtlarda hücum edəcəyi ağlasığmazdır. Mümkündür ki,  Rusiya NATO və ABŞ-a qarşı getmək üçün başqa üsullardan istifadə etsin», – «RAND»-ın hesabatında belə deyilir.

Başqa analitiklər də o fikirlə razıdırlar ki, Rusiya Baltikyanı dövlətlərin ərazisinə girmək istəmir.

«Ehtimal ki, Rusiya Baltikyanı ölkələrə hücum planı qurmayıb» – bunu isə Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin «Rusiya-Avrasiya» Proqramının direktoru Olya Oliker bildirib.

Ekspertin fikrincə, ABŞ və NATO isə Rusiyanın Baltikyanı dövlətlərin ərazisinə soxulacağına əmindir, lakin Moskva özü də bunu bütün qüvvəsi ilə inkar etməyə çalışır.

«Rusiya bir taktika seçib – strateji üstünlük. Bu üstünlüklə NATO-nu gərginlikdə saxlamaq istəyir», – Olya Oliker əlavə edib.

Rusiyalı analitik Vasiliy Kaşin də bu fikirdədir ki, Rusiya həqiqətən də Baltikyanı dövlətlərə hücum etmək niyyətində deyil, bunun səbəbi isə Sankt-Peterburqdakı dəniz portallarına milyardlarla sərmayə qoyulmasıdır.

«Buna görə də, Rusiyanın Estoniya və Latviyanın imanlarına heç bir ehtiyacı qalmayacaq. Rusiya mallarının ixracı üçün lazım olan dəniz limanları istisna olmaqla, bu ölkələrdə Rusiya üçün əhəmiyyətli bir şey yoxdur. Kreml üçün Baltik dənizindəki limanlardan asılılığın azaldılması prioritetdir», - Vasiliy Yaşin söyləyib.

ABŞ-ın nüfuzlu «The National İnterest» nəşri yazıb ki, Rusiyanın Baltikyanı ölkələrə hücum etmək üçün imkanları məhdudlaşdırılıb.

Səbəbi budur ki, Rusiyanın silahlı qüvvələrinin çox hissəsi başqa regionlarda cəmləşdirilib, onları yığıb bir araya gətirmək üçün sərf edilən vaxtda isə NATO əks-hücum edə bilər.

Bundan başqa Kremlin Baltikyanı ölkələrdə yaşayan rus icmalarına effektiv təsir göstərmək imkanları yoxdur.

Görünən odur ki, Moskva Baltikyanı ölkələrə soxulmaq istəsə belə, o, adi hərbi vasitələrə müraciət edəcək.

Analitik Mayk Hofman iddiaları əsaslandırmaq üçün belə bir arqument gətirib ki, Rusiyanın Baltikyanı sərhədlərdə olan qoşunları mükəmməllikdən uzaqdır.

«Bu regionda Rusiyanın fitnəkar hərəkətlərinə baxmayaraq, onların qoşunları əsasən müdafiə rolunu oynayırlar. Rusiyanın buradakı qoşunlarının yenilənməsi tələb olunur.

Hofman bildirib ki, Baltikyanıda müharibə başlayarsa və adekvat olaraq NATO Rusiya ərazisinə girərsə, bu zaman Moskva nüvə zərbələri endirə bilər. Bu zaman isə bəşəriyyət dəhşətli müharibəyə qədəm qoyar.

«Bu ehtimal var, amma o halda mümkün olar ki, Rusiya qoşunları tamamilə zəifləsin, Kalininqrad ətrafında dağıdılsın. Nüvə eskalasiyası ağlasığmazdır, amma belə kəskin dönüşün diktəsini nəzərə alanda mümkündür.

Bu halda Rusiya üçün ən yaxşı strategiya məhz nüvə zərbəsi hesab oluna bilər.

Bu strateji çeviklikdir və işğal edilmiş mövqelərin yenidən möhkəmləndirilməsi üçün deyil. Belə müharibə ehtimal ki, planetin iki super nüvə dövləti arasında tammiqyaslı nüvə müharibəsinin başlanması olacaq. Bu isə o deməkdir ki, bu müharibədə hamı uduzacaq», - Hofman bildirib.

Aqşin KƏRİMOV

 





26.10.2017    çap et  çap et