Vaxt.Az
«Avadanlıqlar on dəfələrlə baha qiymətə satılıb»
Prokuror Forsberq: «Azərbaycan Dəmir Yollarının məmuru bu işdən 100 milyon dollar götürüb»
İsveçin Stokholm məhkəməsində prokurorlar «Bombardier» şirkəti ilə «Azərbaycan Dəmir Yolları» QSC arasında 2013-cü ildə imzalanmış müqavilədə korrupsiya sövdələşməsində adı keçən Rusiya vətəndaşının azadlığa buraxılması haqda qərara protest veriblər. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə oktyabrın 4-də «Bombardier» şirkətinin İsveç törəmə şirkətinin əməkdaşı Yevgeni Pavlovun 7 aylıq həbsdən sonra buraxılmasına qərar verib. Məhkəmə hesab edib ki, Pavlovun «Bombardier» şirkəti ilə Azərbaycan məmTurları arasında korrupsiya sövdələşməsinə dair tutarlı sübut yoxdur. Hərçənd ki, məhkəmə Pavlovun elektron yazışmalarında dəmir yolları üçün siqnalizasiya avadanlıqlarının «Multiserv Overseas» offşor şirkəti üzərindən Azərbaycana on dəfələrlə baha qiymətə satılması barədə müzakirələrin aparıldığını qəbul edib. Hakimin mövqeyinə görə, qiymətdə bu şişirtmə Pavlovun Azərbaycan məmurlarına rüşvət verdiyini sübuta yetirə bilməz.Lakin bugünkü məhkəmədə prokuror Tomas Forsberq (Thomas Forsberg) bildirib :
«Əsas məsələ odur ki, bu müqavilə üzrə əldə edilmiş mənfəət ədalətlidir, ya
yox?»
Forsberq və onun həmkarı-prokuror Staffan Edlund bildiriblər
ki, həmin sövdələşmədən Azərbaycan Dəmir Yollarının adı açıqlanmaan dövlət
qulluqçusuna 100 milyon dollar ötürülüb. «Bu, həmin dövlət quluqçsuna dəxli
olan özəl şirkətin gəliri ilə müqayisə olunan məbləğdir»-prokuror bildirib.
Xatırladaq ki, «Bombardier» şirkəti ilə «Azərbaycan Dəmir
Yolları» QSC arasında siqnalizasiya avadanlıqlarının təchizatı və
quraşdırılmasına dair müqavilənin ümumi həcmi 340 milyon dollara yaxındır. Bu
müqavilədən əldə edilən «otkat» isə 100 milyon dollara çatır. Həmin dövrdə dəmir
yolları Nəqliyyat Nazirliyinin tabeliyində idi. Nazirliyə Ziya Məmmədov, dəmir
yollarına onun müavini Arif Əsgərov başçılıq edirdilər...
26.10.2017 çap et