VAXT.AZ xəbər verir ki, bəzi stansiyalarda qatarların arasındakı interval 7-8 dəqiqəyə çatıb.
Məsələ ilə bağlı şərh verən «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, səhər saatlarında qatarların depodan xəttə qəbul edilməsində problem yaranıb və gecikmə də bununla bağlıdır: «Yəni, xəttə kifayət qədər qatar qəbul edə bilmirdik. Saat 7-dən sonra qatarların hərəkəti tam bərpa edilsə də, sərnişin sıxlığı vardı. Artıq qatarlararası interval tam bərpa edilib. Bir neçə stansiyada sıxlıq müşahidə olunur. Yaxın yarım saat ərzində hər şey tam qaydasına düşəcək».