Vaxt.Az

«Soyqırım»la bağlı arxivlər açıldı


 

Fransa prezidenti 22 ildən sonra ilk dəfə Türkiyəyə rəsmi səfər edib

«Soyqırım»la bağlı arxivlər açıldı Türkiyə tarixçilər üçün bütün arxivlərini açıb. Bu barədə Türkiyə Prezidenti Abdulla Gül fransalı həmkarı Fransua Ollandla Ankarada bazar ertəsi birgə mətbuat konfransında deyib.
«Nəsildən-nəsilə ağrı vermək düzgün olmazdır. Tarixi tarixçilərə vermək lazımdır. Biz bütün arxivlərimizi açmağa hazır idik və açdıq. Türkiyə qanunlarında müzakirələr üçün bəzi maneələr mövcud idi, lakin biz bu qanunlarda dəyişiklik etdik. Türkiyədə bütün məsələləri müzakirə etmək olar», - Türkiyə prezidenti bildirib.
Ollandın sözlərinə görə, hazırda ötən hadisələrin araşdırılması üzrə işlər aparılır.
«Bütün lazım olanı edəcəyik ki, cəmiyyət düzgün məlumatlandırılsın», - Olland deyib.
Qeyd edək ki, Fransua Ollandın Türkiyəyə səfəri son 22 il ərzində Fransa prezidentinin ilk rəsmi səfəridir.
 





27.01.2014    çap et  çap et