Di Matteoya yığmanın sükanı arxasında Robert Prosineçkini əvəzləməsi təklif olunub. Onun təklifə reaksiyası məlum deyil. Prosineçki ilə müqavilənin uzadılmayacağı oktyabrın 26-da açıqlanıb.
Qeyd edək ki, Roberto Di Matteo baş məşqçi karyerası ərzində ən böyük uğurunu İngiltərənin «Çelsi» komandasında ikən qazanıb. Onun rəhbərliyi altında «zadəganlar» 2011-2012 mövsümündə Çempionlar Liqasını qazanıblar. «Qarabağ»ın hazırkı rəqibi üçün bu titul qitənin ən nüfuzlu klub turnirində hələlik yeganədir. 47 yaşlı mütəxəssisin «Çelsi»dən sonra Almaniyanın «Şalke» (2014-2015) və İngiltərənin «Aston Villa» (2016) komandalarına da rəhbərlik edib.
11 gün əvvəl İngiltərənin «Aston Villa» klubu ilə yollarını ayırıb.