Kürdüstan regional parlamentinə ünvanladığı məktubunda Bərzani bildirib ki, 4 gündən sonra bitəcəyi vəzifə müddətinin uzadılmasına çalışmayacaq.
Kürdlər ötən ay İraqın tərkibindən çıxmağa səs verdikdən sonra, İraqın hökumət qoşunları kürdlərin əlində olan neftlə zəngin əraziləri hərbi əməliyyat nəticəsində tutaraq, Bağdadın həmin yataqlara nəzarətini bərpa edib.
Bərzaninin məktubu Kürdüstan parlamentində deputatların müzakirəsinə verilib.
Xəbərlərə görə, Bərzaninin məktubu parlamentdə oxunduğu zaman İraq Kürdüstanının paytaxtı Ərbildə atəş səsləri eşidilib.
Bərzani məktubunda parlamentdən onun, vəzifədən gedəcəyindən sonra, yaranacaq «hakimiyyət boşluğunu doldurmağı» xahiş edib
Məktubunda o, peşmərgə və kürd döyüşçüsü olaraq «Kürdistan xalqının nailiyyətlərini müdafiə etməkdə davam edəcəyini» bildirib.
Bərzani 2005-ci ildən, İraqda Səddam Hüseyn devrildikdən sonra, Kürdüstan muxtariyyətinin yaradılmasında mühüm rol oynayıb.
Bu ayın əvvəlində İraq hərbiyyəsi neftlə zəngin olan Kərkük vilayətini tutandan sonra Bərzani istefa vermək çağırışları ilə üzləşib.
Kərkük əməliyyatı başlayandan noyabrın 1-ə təyin olunmuş prezident və parlament seçkiləri təxirə salınıb.