Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı Avrasiya boyunca daha yaxşı ticarət və əlaqələrin qurulması istiqamətində atılan növbəti mühüm bir addımdır. «Trend»in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.Səfir bildirib ki, BTQ dəmir yolu İpək Yolu üçün böyük əhəmiyyətə malikdir: «Biz uzun müddət İpək Yolunun əhəmiyyəti barədə danışırdıq və hesab edirəm ki, bugünkü açılış da bu istiqamətdə atılan növbəti bir addımdır».
Qeyd edək ki, bu gün Azərbaycan paytaxtında Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək.
çap et