«1920-ci illərdən bəri ilk dəfə kürd liderlər Kərkükü itirdi. Bu, kürdlər üçün xəyal edilə bilməzdi. İndi daha da pisi odur ki, Kərkükü geri almaq mümkün görünmür» - deyən Tissot Bərzani və Təlabani dövrünün bitdiyini düşünür. Digər tərəfdən, etdiklərinə görə də utanc hissi keçirdiyini bildirir: «Bəli, yanlış yönləndirdik. Haqlıdırlar. Referendumdan sonra kürd xalqı üçün çıxan nəticəyə baxın. Aparılan analizlər, verilən məsləhətlər yanlış idi. Bu mənim üçün fəxr deyil, utancdır».
Qeyd edək ki, Frederik Tissot daha çox referendumdan bir gün sonra Bərzani və kürd rəsmilərlə çəkdirdiyi fotosu ilə yadda qalıb. Fransız diplomat həmin foto çəkilən zaman Bərzaninin «Son axşam yeməyi» rəsmindəki İsaya bənzədiyini də qeyd edib.
Xatırladaq ki, Məsud Bərzani muxtariyyət parlamentinə istefa məktubu göndərib. Parlament onun istefasını qəbul etdikdən sonra Bərzani tərəfdarları parlamentə hücum edib. Muxtariyyətin bir çox yerlərində aksiyalar keçirilib, Bərzaniyə müxalif partiyaların qərargahları yandırılıb.