«AzərTAc» xəbər verir ki, Türkiyə Prezidenti regionun qədim dövlətləri olan ölkələrimizin daha böyük layihələrə imza ata biləcəklərini deyib. «Bu günədək həyata keçirdiyimiz Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum və TANAP kimi layihələr bundan sonra da edəcəklərimizin təminatıdır. Bu düşüncələrlə Bakı-Tiflis-Qars dəmir yolunun açılışının və ilk səfərinin bir daha xeyirli olmasını Allahdan diləyirəm. Bu qürur günümüzdə iştirak edən bütün qonaqlarımıza təşəkkürlərimi bildirirəm», - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.