Vaxt.Az

«AzəriLayt» 62 dollara yaxınlaşır


 

Azərbaycan nefti 16 sent bahalaşıb

«AzəriLayt» 62 dollara yaxınlaşır Azərbaycan neftinin qiyməti bahalaşmaqda davam edir. Virtualaz.org-un məlumatına görə, «AzəriLayt» markalı neftin bir barelinin qiyməti 0,16 dollar bahalaşaraq 61,47 dollar olub.

Nyu-Yorkun NYMEX («New York Mercantile Exchange») birjasında «Layt» markalı neftin bir barelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 54,05 dollar, Londonun ICE («InterContinental Exchange Futures») birjasında «Brent» markalı neftin bir barelinin qiyməti isə 0,14 dollar azalaraq 60,76 dollar təşkil edib.

 





31.10.2017    çap et  çap et