Türkiyənin İraqla sərhəddəki Habur keçid məntəqəsinin qarşı tərəfindəki Xəlil İbrahim buraxılış məntəqəsi hərbçilərə təhvil verilib. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İraq ordusu rəhbərliyinə sərhəd məntəqəsi peşmərgə tərəfindən təslim edilib.
Hazırda sərhədə Türkiyə və İraq hərbçiləri nəzarət edir. Hər iki ölkənin yüksək rütbəli zabitləri əraziyə zirehli texnikalarda gəlib. Hərəkət zamanı maşınlardan sirenalar verilib.
Ərazidə Türkiyə və İraq bayraqları dalğalanır.
çap et