Vaxt.Az
Olland Azərbaycana gələcək
Fransa prezidentini 2 ölkə münasibətlərinin inkişaf perspektivləri maraqlandırır
Fransa prezidenti bu ilin mayında Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə APA-ya məlumatlı mənbə bildirib. Bu ilin martında isə bu ölkənin xarici işlər naziri Loran Fabiusun Azərbaycana səfəri nəzərdə tutulur.Səfər çərçivəsində iki ölkənin prezidentləri və xarici işlər nazirləri Bakıda Azərbaycan-Fransa münasibətlərinin inkişaf perspektivlərini müzakirə edəcəklər.
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, F. Olland ötən ilin dekabr ayında Fransadakı Erməni Təşkilatları Koordinasiya Şurasının rəhbərləri ilə görüşündə 2014-cü ilin may ayında Ermənistana səfər edəcəyini söyləyib.
Azərbaycana səfərin də məhz həmin turne çərçivəsində baş tutacağı gözlənilir.
28.01.2014 çap et