Vaxt.Az
Həmsədr «atəşkəs»dən yazdı
«Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir»
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik təmas xəttində qeydə alınan ölümlərdən təəsüflənib. Həmsədr Azərbaycan və Ermənistanı «Twitter» səhifəsindən sülhə səsləyib.«Münaqişə tərəfləri sülh əldə etməyə çalışmalıdır. Vəziyyətin gərginləşməsi heç kimin maraqlarına cavab vermir».
Qeyd edək ki, daha öncə də amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaq üçün bütün tərəflər daha çox siyasi öhdəlik götürməli olduğunu bildirmişdi. ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlik öz «Twitter» səhifəsində qeyd edib ki, indiki status-kvo qəbuledilməzdir.
Qeyd edək ki, bundan öncə ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın XİN rəhbəri Edvard Nalbəndyan arasında görüşün yekunu üzrə bəyanatında qoşunlarının təmas xəttində davam edən gərginliklə əlaqədar narahatlıqlarını bildiriblər. (ANS PRESS)
28.01.2014 çap et