70-ci illərin «Marlboro Adamı» olaraq tanınan Erik Lavson xroniki ağciyər xəstəliyinə görə 72 yaşında həyatını itirib. Lavson 14 yaşından bəri siqaret çəkirdi. 1978-1981-ci illərdə «Marlboro» markalı siqaretin reklamlarına çəkilən Lavson «Barett», «San Fransinco» və «Çarlinin Mələkləri» seriallarında da rol almışdı.
14 yaşından bəri siqaret çəkən Lavsonun həyat yoldaşı Sarah «siqaretin ona zərər verdiyini bilirdi, lakin vaz keçə bilmirdi» deyib. «Marlboro Adam» adı ilə tanınan aktyorun 6 uşağı və 18 nəvəsi var.
çap et